Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq.
Metbuat.az xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.
O, “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.