"Bu, mənim üçün millidə ən dəyərli qələbədir" - Şahruddin Məhəmmədəliyev

"Bu, mənim üçün millidə ən dəyərli qələbədir. Öz azarkeşlərimiz qarşısında belə yaxşı komandaya qarşı 1:0 yox, 3:0 hesabı ilə qalib gəldik. Biz yüksək motivasiyalı idik. Öz meydanımızda, azarkeşlərimiz önündə qələbə qazanmaq istəyirdik. Demək olar ki, planlaşdırdığımız hər şey baş tutdu".

Metbuat.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev Avro-2024-ün seçmə mərhələsində evdə İsveç üzrə qələbə (3:0) barəsində championat.com saytına danışarkən deyib.

O bildirib ki, qırmızı vərəqə olmasaydı, daha yaxşı oynaya bilərdilər: "Hər halda, İsveçdəki məğlubiyyətin təsadüfi olduğunu sübut edik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR