HƏMAS-ın silahlı qanadı “İzzəddin əl-Qəssam Briqadaları” Qəzzada İsrail ordusunu hədəfə alan görüntüləri paylaşıb.
Metbuat.az xəbər verir ki, görüntülərdə“İzzəddin əl-Qəssam Briqadaları”nın silahlılarının İsrail əsgərlərini pusquya saldığı və zirehli texnikaları məhv etdiyi anlar əks olunub.
Qeyd edək ki, İsraillə HƏMAS arasında 4 günlük atəşkəs və girovların dəyişdirilməsinə dair razılıq əldə edilib. Döyüşlərdə İsrail tərəfi 70-ə qədər əsgərinin həlak olduğunu açıqlamışdı.