Siyəzəndə qadın pişikləri evinə yığıb yandırır? - RƏSMİ

Sosial şəbəkələrdə Siyəzən rayonunda Aynur adlı qadının pişikləri toplayaraq öz yaşadığı evdə məhvə məhkum etməsi, onları yandırması və işgəncə verməsinə dair iddia edilən görüntülər yayılıb.

Metbuat.az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlamasında DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru Xəyal Talıbov bildirib ki, yayılan görüntülərlə bağlı Siyəzən Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda RPŞ-nin təhqiqat qrupunda zəruri araşdırmalar aparılır. Yekunda məsələyə hüquqi qiymət veriləcək", - deyə o, qeyd edib.

Qeyd edək ki, Siyəzən rayonunda Aynur adlı qadının yüzlərlə pişiyi evinin zirzəmisində saxlamasına dair iddialar irəli sürülüb. İddialara görə, qadın himayəsinə götürərək saxladığı pişiklərə işgəncələr verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı