Azərbaycan Milli Elmlər Akademiyasının professoru, Beynəlxalq Terrorçuluğa və Korrupsiyaya qarşı Mübarizə Mərkəzinin keçmiş direktoru Rövşən Novruz oğlu Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Metbuat.az Apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökmə əsasən, təqsirləndirilən Rövşən Vəliyev 6 il azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilib.
Qeyd edək ki, ittihama görə R.Vəliyev dələduzluq yolu ilə 80 min manatdan çox pulu ələ keçirib.
Xatırladaq ki, Rövşən Vəliyev 2007-ci ildə də dələduzluq, mənimsəmə ittihamı ilə həbs olunmuşdu.