Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada ölənlərin sayı 20 min 258-ə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi yazılı açıqlama verib.

Belə ki, oktyabrın 7-dən bəri İsrailin hücumuna məruz qalan Qəzza zolağında həlak olan fələstinlilərin sayı 20 min 258-ə çatıb.

Açıqlamada, İsrailin hücumları zamanı son 24 saatda 201 fələstinlinin öldüyü, 368 nəfərin yaralandığı bildirilib.

Beləliklə oktyabrın 7-dən bu günə qədər ölənlərin ümumi sayı 53 min 688-ə çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR