Bakıda narkomanlar dayanacaqda "yurd saldı" - DİN-dən AÇIQLAMA

Bakıda quraşdırılmış smart tipli dayanacaqlarla bağlı üzə çıxan yeni problem vətəndaşları narahat edir.

Metbuat.az bildirir ki, soyuq havalarda şəhərdəki bir neçə ərazidə avara həyat tərzi keçirən insanlar, narkomanlar bu dayanacaqlardan sığınacaq kimi istifadə edirlər. Problemlə bağlı görüntülər sosial şəbəkələrdə də müzakirəyə çıxarılıb. İnsanlar bildirirlər ki, uşaqların bu kimi hallara şahid olması da xoşagəlməzdir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Saytımıza bildirildi ki, müvafiq problemlə bağlı işlər daim davam etdirilir:

"Dilənçilik, avaralıq və tüfeyli həyat tərzi sürən şəxslərlə bağlı profilaktiki tədbirlər polis əməkdaşları tərəfindən diqqət mərkəzində saxlanılmaqla davam etdirilir.

Bu şəxslərin öz əməllərini həyat tərzinə çevirməsinin şahidi oluruq.

Profilaktiki tədbirlər zamanı polis əməkdaşları tərəfindən bu kimi hallar aşkarlandıqda dərhal aidiyyəti dövlət qurumlarına məlumat verilir, həmin şəxsin təhlükəsizliyi təmin olunmaqla müvafiq tədbirlər görülür".

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR