Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin gündəliyi barədə danışıb.O bildirib ki, V.Putin Ankarada türkiyəli həmkarı R.T.Ərdoğanla Ukraynadakı durumu müzakirə edəcək. Liderlər, həmçinin ikitərəfli məsələlər və regional durum barədə danışacaqlar.
Vladimir Putinin fevralın 12-də Türkiyəyə baş tutacaq səfəri barədə siyasi şərhçi Kənan Novruzov Metbuat.az-a açıqlama verib. O bildirib ki, bundan öncə Kreml liderinin Türkiyəyə səfərinin baş tutmama səbəbihər şeydən əvvəl bu təhlükəsizlik tədbirləri ilə bağlıdır:
“İkincisi, ola bilər ki, Rusiya lideri daxildəki proseslərə nəzarət etmək istəyir. Üçüncüsü, Ərdoğanla Putinin görüşünü istəməyən qüvvələr var. Əsas mane olan qüvvələr Qərb və ABŞ-dır. Onlar bütün imkanlarını səfərbər edib Türkiyə- Rusiya münasibətlərini pozmaq istəyirlər. Türkiyənin İsveçin üzvlüyünü təsdiqləməsi də Ankara-Moskva münasibətlərinə təsir etməsi də istisna deyil. Çünki İsveç Alyansa üzvlüyə ilə Rusiyanın ən böyük düşməni olan NATO-nun imkanları genişləndi. Putinin fevralda baş tutacaq səfəri əsnasında Ukrayna, Yaxın Şərq və NATO nun genişlənməsi məsələsi müzakirə mövzusu ola bilər”.
K.Novruzov vurğulayıb ki, güman edilir ki, iki lider səfər əsnasında Cənubi Qafqazda Ermənistan-Azərbaycan normallaşma prosesini, Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarını müzakirə etsinlər:
“Nə Türkiyə, nə də Rusiya istəyir ki, Qərb regiona gəlsin. Həmin bu səfər reallaşarsa Ərdoğanın Azərbaycan prezidenti İlham Əliyevdən danışması istisna deyil. Eyni zamanda Putinlə İlham Əliyev arasında telefon danışığı ola bilər. Hətta Putin mümkündür ki, Ermənistan Baş naziri Nikol Paşinyanla danışsın. Hazırda proseslər onu göstərir ki, Türkiyə bu səfərdə mövqeyini ortaya qoyacaq və göstərəcək ki, Moskva-Ankara xəttidəki münasibətlər kifayət qədər dayanıqlıdır. Təbii ki, bu vəziyyət Azərbaycana da sərf edir. Çünki Ankara Moskvanı yumşalda bilər”.
Gülbəniz Hüseynli / Metbuat.az