Xəbər verdiyimiz kimi ABŞ-nin “Oracle Advisory Group” təşkilatı Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində apardığı "exit-poll"un nəticələrini açıqlayıb. Nəticələrə əsasən, hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev 93,9 faiz seçicinin səsini qazanıb.
Metbuat.az xəbər verir ki, nəticələr açıqlandıqdan sonra paytaxtın müxtəlif ərazilərində sakinlər küçələrə çıxaraq, Prezident İlham Əliyevin qələbəsini qeyd ediblər. Əllərində Azərbaycan bayraqları daşıyan sakinlər, yürüş təşkil ediblər.