Sudan lideri Prezident İlham Əliyevi təbrik edib

Bu gün Sudan Respublikasının Suveren Keçid Şurasının sədri, general-leytenant Abdel Fattah Al-Burhan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə prezident seçkilərində növbəti inamlı qələbəsi münasibətilə təbrik məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati Aliləri.

Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibəti ilə Sizi Sudan hökuməti, sudan xalqı və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Sudan münasibətlərində, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə ölkələrimiz arasında müxtəlif sahələrdə iki tərəfli əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə işləməyi arzulayıram.

Zati Alilərinə yenidən prezidentlik dövründə uğurlar və nailiyyətlər, xalqınız üçün firəvanlıq və tərəqqi arzulayıram".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı