ABŞ son aylarda Tayvana son 30 ildə ən böyük silah və hərbi texnika tədarükü ilə bağlı sazişləri təsdiqləyib.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
“Tayvan boğazında sülhü və sabitliyi qorumaq məqsədilə son 30 ilin ən böyük silah tədarükü ilə bağlı sazişi təsdiqləyərək, Tayvanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - B.Cenkinsin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində dinləmələrdə iştirakı üçün hazırladığı bəyanatın mətnində deyilir.