Azərbaycanda xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir

Təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumlar üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılması təklif edilir.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Məruzədə Ombudsman cəza-icra qanunvericiliyində və digər qanunvericilik aktlarında xüsusi ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş 18-24 yaş arası məhkumların fərqli rejimdə cəza çəkməsinə imkan verən dəyişikliklərin edilməsi və belə məhkumların cəzasını çəkməsi üçün xüsusi cəzaçəkmə müəssisəsinin yaradılmasını məqbul hesab edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı