Azərbaycan bu görüşdə daha inamlıdır və nəticə olacağına ümid etməliyik - Politoloq

"Berlin görüşü bu vaxta qədər olan görüşlərdən fərqli məkanda keçirilir və Berlin nə qədər sadə coğrafi məkan səciyyəsi daşısa da, müəyyən mülahizələr səsləndirməyə əsas verir".

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Əlimusa İbarahimov deyib.

Politoloq bildirb ki, bu görüş Makron və Fransa kolgəsinin müzakirələrinin üzərindən götürülməsi deməkdir.

"Heç Şarl Mişelin də müdaxiləsi olmayacaq. Deməli, görüş Azərbaycanın təklif etfiyi kimi ikitərəfli formatda keçirilir. Belə ki, Azərbaycan tərəfi bu görüşdə daha inamlıdır və nəticə olacağına ümid etməliyik. Dəqiq məlumatlar mətbuat konfransından sonra ortaya çıxa bilər. Amma görüşdən sonra yeni görüşlər barədə tarix verilərsə, artıq bu nəticə deməkdir".




Seyranə Quliyeva / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR