“Qarabağ” qalib gəlsə, Qurbanovu təbrik edəcəksiniz?” sualına Alonsodan maraqlı cavab

“Yaxşı istirahət etmişik. Əlimizdən gələni edib azarkeşlərimiz qarşısında baxımlı oyun sərgiləmək istəyirik”.

Metbuat.az Qol.az-a istinadən xəbər verir ki, bu sözləri “Bayer”in (Almaniya) baş məşqçisi Xabi Alonso UEFA Avropa Liqasının 1/8 finalının “Qarabağ”la cavab matçı üçün təşkil edilən mətbuat konfransında deyib.İspaniyalı mütəxəssis Ağdam klubu ilə oyunun çətin keçəcəyini bildirib: “Qarabağ”la oyun asan olmayacaq. Növbəti aylarda bizi sıx qrafik gözləyir. 3 turnirdə mübarizə aparacağıq. Amma heyətimiz yaxşıdır və bütün oyunçularımız hazırdır. Ümid edirəm ki, sabah biz qalib gələcəyik”.

Alonso qrup mərhələsindəki oyunlarda “Qarabağ”a qalib gəldiklərini də xatırladıb: “Bu rəqiblə qrup mərhələsindəki iki oyun keçirmişik və hər ikisində qalib gəlmişdik. Son matçın ilk hissəsində problemlərimiz oldu. Bu, qrup mərhələsi deyil. Əlbəttə, onlar da mübarizə aparacaqlar. Biz sabahkı matça yaxşı köklənməliyik. Rəqibdən qorxmuram, hörmət edirəm. Öz dinamikamıza inanırıq. . Bütün komanda oynamaq üçün həvəslidir. Oyunçuların istəyi məni sevindirir”.

Alonso “Sabah “Qarabağ” turu keçsə, Qurban Qurbanovu təbrik etməyə hazırsınızmı” sualını gülümsəyərək cavablandırıb: “Bu futboldur, hər şeyə hazır olmalısan. Ən güclü qalib gəlməlidir. Biz də qələbə qazanmaq istəyirik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR