"Roma" mövsümün fasiləsində "Real Madrid"in gənc ulduzu Endriki heyətinə qatmağı hədəfləyir.
Metbuat.az xəbər verir ki, İtaliya klubu futbolçu üçün təklif irəli sürüb. “Diario Sport”un məlumatına görə, “Roma” braziliyalı ulduzu icarəyə götürmək istəyir. Məlumata görə, Endriki Real”ın sabiq hücumçusu Ronaldonun sahibi olduğu “Valyadolid” klubu da icarəyə götürmək istəyir.
İddialara görə, baş məşqçi Karlo Ançelotti gənc futbolçulara az şans verdiyi üçün Endrik icarəyə gedə bilər. Bildirilir ki, Endrikin heyətdəki əsas rəqiblərindən biri Arda Gülerdir. Endrik icarəyə gedərsə, Ardanın əsas heyətə düşmək şansı daha çox olacaq. Qeyd edək ki, Endrik bu mövsüm La Liqada “Real Madrid”də cəmi 56 dəqiqə oynayıb.