Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi müəyyənləşib.
Metbuat.az-ın məlumatına görə, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gəlib.
Bakı Kristal Zalındakı qarşılaşmanı Azərbaycanın FIFA referisi Əliyar Ağayev idarə edib.
Görüş İspaniya seçməsinin qələbəsi ilə yekunlaşıb - 3:0.
Bundan əlavə, günün ilk yarısında B, C, D, E və F Divizionlarının da qalibi bəlli olub.