Türkiyənin Hakkari vilayətinin Yüksəkova rayonunda sərhəd pozuntusunun qarşısını alarkən açılan atəş nəticəsində yaralanan hərbçi xəstəxanada həyatını itirib.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirli məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 31-də Yüksəkova rayonunda, 7-ci Sərhəd Briqadasının məsuliyyət zonasında baş verib. Sərhəd keçidi ilə bağlı insidentə müdaxilə zamanı açılan atəş nəticəsində əsgər Yusuf Sait Ünlü yaralanıb.

Yaralı hərbçi helikopterlə Hakkari Dövlət Xəstəxanasına çatdırılıb. Həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi yaydığı açıqlamada şəhid hərbçinin ailəsinə, Türkiyə Silahlı Qüvvələrinə və xalqa başsağlığı verib.