Gürcüstan regionda sülhün təmin edilməsinə töhfə verməyə hazırdır.
Metbuat.az xəbər verir ki, bunu Bakıda Azərbaycan, Gürcüstan və Türkiyənin XİN rəhbərlərinin 9-cu üçtərəfli görüşünün yekunları üzrə mətbuat konfransı zamanı Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili deyib.
“Gürcüstan regionda sülhü təmin edilməsinin tərəfdarıdır və bu prosesə töhfə verməyə hazırıdr”, - deyə nazir bildirib.
Darçiaşvili Azərbaycan və Ermənistanın tezliklə sülh müqaviləsi imzalayacağına ümid etdiyini vurğulayıbı.
Nazir həmçinin tərəflərin regional layihələri müzakirə etdiyini qeyd edib.