Lənkəranda 20 Yanvar faciəsi ilə bağlı internet aksiyası

Lənkəranda 20 Yanvar faciəsi ilə bağlı internet aksiyası
18:13 19 Yanvar 2015
129 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 19 yanvar, AzərTAc
Lənkəran Şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş internet aksiyası keçirilib.
AzərTAc xəbər verir ki, Şilavar kənd əsas məktəbində baş tutan aksiyada məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə məktəblilərin ifasında 20 Yanvar faciəsini əks etdirən ədəbi-bədii kompozisiyaya baxıblar.
Aksiya zamanı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilmiş terror aktı, milli azadlığı və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi ilə bağlı şagirdlər tərəfindən ingilis dilində hazırlanmış mətnləri xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə göndərilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Lenkeranda_20_Yanvar_faciesi_ile_bagli_internet_aksiyasi-825851

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR