Zaur Qəhrəmanov vəzifəsindən istefa verdi

Zaur Qəhrəmanov “Neftçi”nin Müşahidə Şurasının üzvü vəzifəsindən istefa verib.

Metbuat.az xəbər verir ki, bu barədə onun özü sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, istefa səbəbini açıqlamayıb.

Qeyd edək ki, Z.Qəhrəmanov bu vəzifəyə 9 il əvvəl təyin olunmuşdu.

Onu da əlavə edək ki, Zaur Qəhrəmanov daha əvvəl “SOCAR Türkiyə”nin baş icraçı direktoru olub. O, ötən il vəzifəsindən azad edilərək SOCAR prezidentinin müşaviri təyin edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı