Ezamiyyə xərclərinin normaları dəyişib.
Metbuat.az xəbər verir ki, Nazirlər Kabineti bubarədə qərar verib.
İndiyə qədər Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat olub.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin Bakı şəhərində 125,0 manat, Naxçıvan şəhərində 100 manat, Gəncə və Sumqayıt şəhərlərində 95,0 manat, digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 90,0 manat olacaq.
Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edibsə, dəyişikliyə əsasən, bu göstərici 70 faizə endirilib.