23 yaşlı qızın qaçırılmasına görə cinayət işi başlandı

Bərdədə 23 yaşlı qızın qaçırılması ilə bağlı cinayət işi qaldırılıb.

Bu barədə Metbuat.az-a DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, fakta görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin adam oğurluğu maddəsi ilə cinayət işi qaldırılıb. İstintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Bərdə rayonunda 2001-ci il təvəllüdlü S. Abdullayeva 1979-cu il təvəllüdlü Fərhad Rzayev tərəfindən qaçırılıb. O, daha sonra tapılaraq ailəsinə təhvil verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı