Azarkeşlər etiraz etdi, VAR-dan istifadəyə icazə verilmədi

İsveç videotəkrar sistemindən (VAR) istifadə etməyəcək.

Metbuat.az xəbər verir ki, İsveç Futbol Assosiasiyasının prezidenti Fredrik Reynfeldt bu barədə açıqlama verib. Onun sözlərinə görə, İsveçin 18 aparıcı klubu VAR-ın tətbiqinə qarşı çıxıb.

Bu mövqe azarkeşlərin VAR tətbiqinə etiraz etməsi, İsveç klublarının isə 51%-nin azarkeşlərə məxsus olması ilə izah edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı