Tovuz, 6 iyun, Famil Quliyev, AZƏRTAC
İyunun 6-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən Tovuz, Qazax və Ağstafa rayonlarında IX sinif şagirdləri üçün buraxılış imtahanları keçirilib.
Buraxılış imtahanı təlimata uyğun olaraq saat 10:00-da başlayıb və 12:00-da başa çatıb.
A.S.Puşkin adına Tovuz şəhər tam orta məktəbində keçirilən imtahanın ümumi rəhbəri Müşviq İsrayılov AZƏRTAC-ın müxbirinə bildirib ki, imtahanlarda rayon üzrə, ümumilikdə, 2139 şagird iştirak edib. İmtahan vaxtı heç bir qanun pozuntusu qeydə alınmayıb.
Qeyd edək ki, IX siniflər üçün keçirilən buraxılış imtahanlarında Qazax rayonunda 998, Ağstafa rayonunda isə 896 şagird iştirak edib.
Tovuz, Qazax və Ağstafa rayonlarında IX sinif şagirdləri üçün buraxılış imtahanları yekunlaşıb