Peresdən Makrona sillə kimi cavab

Mövsümün sonunda PSJ-dən ayrılacaq Kilian Mbappe "Real Madrid"ə keçəcək.

Metbuat.az xəbər verir ki, “Real Madrid” prezidenti Florentino Peres Mbappenin Olimpiya Oyunlarında iştirakını istəyən Fransa Prezidenti Emmanuel Makronun istəyini rədd edib. Məlumata görə, Peres və Emmanuel Makron Yelisey sarayında nahar ediblər. Makron Peresdən Kilian Mbappeni bu yay Parisdə keçiriləcək Olimpiya Oyunlarında Fransa milli komandasına buraxmağı xahiş edib. Florentino Peres isə bu istəyi qəbul etməyib.

Qeyd olunub ki, Peresin Makronun istəyini rədd etməsinə səbəb Fransa liderinin Mbappenin 2021-ci ildə “Real Madrid”ə keçməsinə mane olmasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR