Küləkli hava nə vaxtadək davam edəcək?

Saat 12:00-a olan məlumata əsasən, öncədən verilən sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti arabir 19 m/s-yə çatıb.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, müşahidə olunan küləkli hava şəraiti gün ərzində davam edəcək.

Qeyd edək ki, mayın 27-də gözlənilən küləkli hava şəraiti haqqında Bakıda və Abşeron yarımadası üçün orta riskli sarı xəbərdarlıq verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR