Azərbaycanda sarı və narıncı xəbərdarlıq elan edildi

İyunun 26-27-də ölkənin bəzi rayonlarında gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib.

Bu barədə Metbuat.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, əksər bölgələrdə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürətinin 13,9-20,7 m/san olacağı gözlənilir.

Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Goranboy, Naftalan, Yevlax, Göyçay, Ordubad, Mingəçevir, Zərdab, Salyan, Sabirabad, Şirvan, Hacıqabul, Neftçala, Xızı, Qobustan, Cəbrayıl, Cəlilabad, Lənkəran rayonlarında isə narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 20,8-28,4 m/san təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında da iyunun 26-sı səhərdən 27-si səhərədək küləyin sürətinin narıncı xəbərdarlığa uyğun olaraq 20,8-28,4 m/san təşkil edəcəyi gözlənilir.

Belə küləkli hava şəraitində əhaliyə ehtiyatlı olmaları, təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı