Hərbi Prokurorluqla Hərbi İnstitut birgə tədbir keçirdi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin birinci dəfə hakimiyyətə gəlişinin 55 illiyi münasibətilə və ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Hərbi İnstitutunun yüksəkrütbəli hərbi qulluqçuları birgə tədbir keçiriblər.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Metbuat.az-a bildirilib ki, DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutunda təşkil edilən tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə general-mayor Elçin Məmmədov, Hərbi Prokurorluğun Kadrlar şöbəsinin rəisi ədliyyə polkovniki Elmir Süleymanlı, hərbi prokurorun böyük köməkçisi - mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev və başqaları çıxış ediblər. Onlar çıxışlarında Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı müstəsna xidmətlərindən bəhs ediblər. Çıxışçılar, eyni zamanda, Ulu Öndərin Azərbaycanın parlaq gələcəyinə hesablanan mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il müddətdə ölkəmizdə həyata keçirilən köklü islahatlardan, bütün sahələrdə qazanılan nailiyyətlərdən, o cümlədən qüdrətli Silahlı Qüvvələrimizin formalaşdırılmasından, eləcə də ətraf mühitin daha da sağlamlaşdırılmasından və etibarlı qorunmasından danışıblar.

Daha sonra ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərindən, hüquq və vəzifələrdən, həmçinin ekoloji qanun pozuntularından, ekoloji cinayətlərdən və məsuliyyətdən danışılıb. Bundan əlavə, hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb, eləcə də onların qayğı və problemləri ilə maraqlanılıb.

Sonda birgə ağaclar əkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı