Daşkəsənin yeni icra başçısı kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Orxan Abbasov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Metbuat.az xəbər verir ki, o, əvvəllər Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Orxan Abbasov bu təyinatadək Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini vəzifəsində işləyib. O bu vəzifəyə 2023-cü ilin oktaybrında təyin olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR