Şəmkir rayon sakini, intihar etməsi barədə xəbərlər yayılan Könül Cabbarovanın ölüm səbəbi məlum olub.
Dünyasını dəyişən K. Cabbarovanın qohumu Elnarə Heydərova Metbuat.az-a açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Könül Cabbarova bir müddət əvvəl mədəsində yaranmış problemlə bağlı əməliyyat keçirib. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və komatoz vəziyyətə düşüb. 8 gün koma vəziyyətində qaldı, həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı. O, müalicə aldığı Mərkəzi Neftçilər Xəstəxanasında dünyasını dəyişib. Könülün borca görə intihar etməsi xəbəri kökündən yanlışdır".
***
15 İyul, 17:37
Şəmkirdə intihar hadisəsi baş verib.
Metbuat.az Gununsesi.info-ya istinadla xəbər verir ki, rayonun orta məktəb müəlliməsi olan Könül Cabbarova özünü asaraq intihar edib.
Yaxınlarının dediklərinə görə, bu gün kiçik oğlunu hərbi xidmətə yola salıb.
Onun intihar etməsinə səbəb kimi isə borcunun olduğu göstərilib.