Xətaidə baş verən yanğın söndürüldü - YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində baş verən yanğın söndürülüb.

Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bidlirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində doqquzmərtəbəli yaşayış binasının qarşısında yerləşən köşkdə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 12kv.m. olan taxta konstruksiyadan ibarət köşk və 60 kv.m. sahədə quru otluq ərazi yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

* 16:50 *

Bakının Xətai rayonunda obyektdə yanğın hadisəsi baş verib və alov yaxınlıqdakı yaşayış evinə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.

Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Hadisə yerindən görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR