Məşhur karqo şirkətinin bağlanma səbəbi bilindi

"Yayılan xəbərlər doğrudur. Şirkət bir aya yaxındır ki, bağlanıb".

Bunu Metbuat.az-a açıqlamasında "Eyol" karqo şirkətinin direktor müavini Rəşad Məmmədov deyib. O bildirib ki, şirkətin bağlanmasına səbəb maliyyə problemləri olub.

Qeyd edək ki, mediada 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınmış "Eyol" MMC-nin bağlanması ilə bağlı xəbərlər yayılsa da, şirkətin sosial media hesablarında bununla bağlı hər hansı məlumat verilməmişdi.

Qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğlu olan şirkətin bağlanması ilə bağlı ilk məlumatı "İqtisadiyyat.az" saytı yayıb.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı