Nəsiman Yaqublunun ölümü Rəsulzadəni kövrəltdi

Bu gün tarixçi professor, Müsavat Partiyasının deputatlığa namizədi Nəsiman Yaqublu yol qəzası nəticəsində həyatını itirib.

Nəsiman Yaqublu Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mahir araşdırmaçısı idi. AXC-nin qurucusu Məhəmməd Əmin Rəsulzadə ilə bağlı araşdırmaların müəllifi kimi tanınan Nəsiman Yaqublu Rəsulzadənin nəvəsi Rais Rəsulzadə ilə yaxın münasibətdə olub.

Metbuat.az xəbər verir ki, Modern.az Nəsiman Yaqublunun ölümü barədə Rais Rəsulzadə ilə əlaqə saxlayıb.

Rais Rəsulzadə ilk xəbəri məhz bizdən alıb. Bu acı xəbəri eşidən kimi "Nə danışırsan, o, mənim canım-ciyərim idi" deyərək göz yaşlarını saxlaya bilməyib.

N. Yaqublunun ölüm xəbərindən sarsılan Rəsulzadə sözlərinə davam edə bilməyib.

Xatırladaq ki, professorun ölümünə səbəb olan qəza bu gün saat 19:00 radələrində Cəbrayıl rayonu ərazisində baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR