Belarus ordusu PUA hücumlarının qarşısını aldı

Belarus Müdafiə Nazirliyi bir neçə pilotsuz təyyarənin respublikanın dövlət sərhədini pozması barədə məlumat verib.

Metbuat.az xarici mediaya istinadən məlumat verir ki, bütün hava hədəfləri növbətçi hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

Bildirilib ki, ölkənin dövlət sərhədinin pozulması faktı ilə bağlı araşdırma aparılır.

Belarus Müdafiə Nazirliyi PUA-ların hansı istiqamətdən gəldiyini dəqiqləşdirməyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR