Lavaş yeyən bir ailənin dörd üzvü zəhərləndi

Göyçayda bir ailənin 4 üzvü qidadan zəhərlənib.

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, Göyçayın Xəlitli kənd sakinləri - Əhmədova Malikə (1990-cı il təvəllüdlü), Əhmədova Sədaqət (1958), Əhmədov Turan (2014) və Əhmədzadə Zərinə (2018) zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

İlkin məlumata görə, ailə üzvləri lavaşdan zəhərləndiklərini bildiriblər.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı