Bir ailəni qətl etmişdi - Ömürlük həbs verildi

Abşeronun Digah qəsəbəsində bir ailənin üç üzvünü xüsusi amansızlıqla öldürməkdə, başqa bir şəxsə isə xəsarət yetirməkdə ittiham olunan Sərxan Həşimovun məhkəməsi başa çatıb.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Nahid Mirzəyevin sədrlik etdiyi hakimlər 50 yaşlı müttəhimi ittiham olunduğu maddələrin hamısı ilə təqsirli biliblər. S.Həşimov ömürlük azadlıqdan məhrum edilib. O, nə vaxtsa əfv edilməzsə, bütün ömrünü həbsxanada keçirəcək.

Qeyd edək ki, hadisə ötən ilin yayında baş verib. Sərxan Həşimov qisas niyyəti ilə əmisi Hicran Həşimov, əmisi arvadı Zümrüd Həşimova, onların qızı Xəyalə Kərimovanı, sonradan isə Mehdiabad qəsəbəsinə gedərək tanışı Ələsgər Hüseynovu baltalayıb. Ailə üzləri aldıqları xəsarətlərdən ölüb, sonuncunun isə həyatını xilas etmək mümkün olub.

Hadisəni törətməkdə şübhəli bilinən S.Həşimova Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı