Azərbaycanda mebel istehsalı idxalı 31% üstələyib

2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycana 98 milyon 654 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.

Metbuat.az-ın Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10.7% və ya 9 milyon 512.8 min ABŞ dolları çoxdur. 2023-ci ilin yanvar-avqust aylarında Azərbaycana 89 milyon 141 min ABŞ dolları dəyərində mebel və onun hissələri idxal edilib.

    Hesabat dövründə mebel idxalı Azərbaycanın ümumi idxalının 0.77%-nə bərabər olub.

    Qeyd edək ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2024-cü ilin yanvar-avqust aylarında ölkədə 220.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 31.9% çoxdur.

    Beləliklə, bu dövrdə mebel istehsalı idxalını 31.5% üstələyib.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı