​Qətər əmiri Qəzza və Livanla bağlı dünyaya səsləndi

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxış edib.

Metbuat.az xəbər verir ki, o, beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağına və Livana hücumlarını dayandırmağa çağırıb. Şeyx Təmimin sözlərinə görə, BMT-dəki bu çıxışlardan sonra İsrailin Qəzzada davam etdirdiyi müharibəni dayandırmaq üçün konkret addımlar atılmazsa dünyada təhlükəsizlik olmayacaq və belə halda sülh və sabitlikdən danışmağın mənası yoxdur.

Ölkəsinin Qəzzada atəşkəs danışıqlarında vasitəçilik etməsi ilə bağlı Şeyx Temin bunun strateji seçim olduğunu və İsrailin hücumlarına baxmayaraq daimi atəşkəs əldə olunana qədər səylərini davam etdirəcəklərini vurğulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı