Müdafiə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə işgüzar səfər etdi

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hüquqşünaslarından ibarət nümayəndə heyəti Türkiyəyə işgüzar səfər edib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib.

Məlumata görə, nazirliyin Hüquq İdarəsinin rəisi ədliyyə polkovniki Elçin Əliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Türkiyə milli müdafiə nazirinin müavini Şuay Alpay ilə görüşüb.

Görüşdə silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normaları, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə hüququn inteqrasiyası və maraq doğuran bir sıra digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, həmçinin Türkiyə Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətləri Baş İdarəsində Hüquq fakültəsi üzrə zabitlərin peşə təhsilinin başa çatması münasibətilə keçirilən tədbirdə iştirak edib.
Buraxılış mərasimində çıxış edənlər məzunları təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıbar.

Ş.Alpay Azərbaycan nümayəndə heyətini 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.
Sonda təhsilini uğurla başa vuran Azərbaycan Ordusunun hərbi qulluqçusuna və digər məzunlara sertifikatlar təqdim olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı