Okan Buruk təcili əməliyyat olundu

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk xəstəxanaya yerləşdirilib.

Metbuat.az xəbər verir ki, bu gün səhhətində problem yaranan Okan Buruk xəstəxanaya çatdırılıb. Müayinə zamanı appendisit partladığı aşkarlanıb və dərhal əməliyyat olunub.

Təcrübəli məşqçinin hazırda vəziyyətinin yaxşı olduğu və narahatlıq üçün səbəb olmadığı bildirib. Burukun bazar ertəsi günü keçiriləcək "Beşiktaş" derbisində texniki zonada olub-olmayacağı isə hələ dəqiqləşməyib.

Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının 3-cü həftəsində İsveç təmsilçisi "Elfsborg"u 4-3 hesabı ilə məğlub edərək əhəmiyyətli qələbə qazanıb. Qarşıda isə "sarı-qırmızılar"ı Türkiyə Super Liqasının 10-cu həftəsində (28 oktyabrda) "Beşiktaş"la derbisi gözləyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı