Gəncədə bıçaqlanan şəxs xəstəxanada vəfat edib.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1990-cı il təvəllüdlü Röyal Həsənov ürəyindən bıçaq xəsarəti alaraq xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə ilə bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.
Gəncədə xəstəxanada ölən 36 yaşlı şəxsin atası Osman Həsənov onu bıçaqlamaqda şübhəli bilinir. Hadisənin başvermə səbəbi araşdırılır.
