​İsrail ordusu təcili yardım briqadasını hədəfə aldı - Livan

İsrail ordusu Livan cənubunda yerləşən Sur şəhərindəki hücumda yaralananları xilas etmək üçün gedən ilk yardım qrupunu hədəf alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Livanın rəsmi mənbələri açıqlama verib. Məlumata görə, İsrail ordusunun hədəfə aldığı Livan Qızıl Xaç Cəmiyyətinin əməkdaşları olub. Açıqlamaya görə, İsrail ordusu hücum bölgəsinə çatan Qızıl Xaç qrupları və təcili yardım maşınlarını raketlərlə hədəfə alıb. Bildirilir ki, raket zərbəsi nəticəsində 2 təcili yardım maşın zədələnib. Tibb işçiləri arasında xəsarət alan olmayıb. Onlar qərargahlarına qayıdıblar.

Hücumların hədəfində olan 12 bina dağılıb. Həlak olanlar barədə hələlik məlumat paylaşılmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı