Sabahdan etibarən Azərbaycanda altı günlük bayram tətili başlayır.
Metbuat.az xəbər verir ki, ölkədə 8 noyabr Zəfər Günü və 9 noyabr Bayraq Günü qeyd ediləcək.
Bu il 9 noyabr şənbə gününə düşdüyü üçün, Nazirlər Kabinetinin “İş və istirahət günlərinin yerlərinin dəyişdirilməsi haqqında” qərarına əsasən, noyabrın 11-i də qeyri-iş günü olacaq. Bundan əlavə, iş və istirahət günlərinin ardıcıllığını qorumaq məqsədilə noyabrın 12-si və 13-ü iş günləri ilə müvafiq olaraq noyabrın 16-sı və 23-ü istirahət günləri dəyişdirilib.
Beləliklə, ardıcıl olaraq 8, 9, 10, 11, 12 və 13 noyabr tarixlərində iş olmayacaq və növbəti iş günü noyabrın 14-də başlayacaq.