Azərbaycan, Bakı, 8 iyun /Trend/

Rusiya və Azərbaycan energetika sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi ilə məşğul olacaq yüksək səviyyəli işçi qrupu yaradacaqlar. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu RF Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O, Moskvada keçirilən brifinqdə qeyd edib: "Energetika sahəsində tərəfdaşlığın inkişaf etdirilməsi ilə hazırda hökumətlərarası komissiya çərçivəsində xüsusi olaraq yaradılan yüksək səviyyəli işçi qrupu məşğul olacaq".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az