Türkiyənin "Qalatasaray" klubu İngiltərə Premyer Liqa təmsilçisi "Vulverhempton"un futbolçusu Mario Lemina ilə danışıqlara başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə İstanbul kollektivinin mətbuat xidməti məlumat yayıb.
Qabonlu müdafiəçi 2023-cü ildən "Vulverhempton"un şərəfini qoruyur. O, 2019/2020 mövsümündə icarə əsasında "Qalatasaray"da çıxış edib.