Pakistan Baş naziri Şahbaz Şərif 24-25 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Metbuat.az KİV-ə istinadən xəbər verir ki, bu, Pakistanın baş nazirinin 2024-cü ilin martında vəzifəyə başladıqdan sonra Bakıya ikinci səfəridir.

Səfər zamanı Şahbaz Azərbaycan-Pakistan biznes forumunda çıxış edəcək. Onun həmçinin Füzuliyə səfəri gözlənilir.