Gəncədə xəsarətlə nəticələnən yol qəzası baş verib.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkət etməkdə olan "Opel Astra" və Chevrolet Trax" markalı minik maşınları yolayrıcında toqquşub. Nəticədə "Trax" dayanacağa çırpılaraq onu yararsız hala salıb, daha sonra isə yol kənarında dayanmış "Chevrolet Cruz" markalı avtomobilə çırpılıb.
İlkin məlumata görə, qəza zamanı üç nəfər xəsarət alıb. Yaralılar Muraz Ələsgərov (1996), Ramin İbrahimov( 1992) və Samirə Bağırova (1977) müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib. Qəzada xəsarət alan şəxslərdən Samirə Bağırova və Dilbər Əsgərova "Opel" markalı avtomobildə olublar. Ramin İbrarimov isə qəza zamanı dayanacaqda dayanarkən xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma başlanılıb.