Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib

01:28 20 Yanvar 2015
147 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 20 yanvar, Samirə Allahverdiyeva, AzərTAc
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2014-cü ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
AzərTAc xəbər verir ki, Mərkəzi Mədəniyyət evində təşkil olunan yığıncağı Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov açaraq prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısının Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elxan Əliyev hesabat məruzəsi ilə çıxış edib.
Məruzə ətrafında qəsəbə sakinlərindən Zivər Abbasova, Elçin Eminov, İsfəndiyar Əbdüləzimov, Gülabbas Pirverdiyev, Mətanət Nəsibova və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Hesabat yığıncağının sonunda qərar layihəsi oxundub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR