Azad olunan ərazilərdə martın 31-dən aprelin 6-dək 13 tank əleyhinə mina, 107 piyada əleyhinə mina, 870 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Metbuat.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 2009.1 hektar ərazi minalardan təmizlənib.