Mourinyo bu millini çalışdıra bilər

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyonun adı Braziliya millisi ilə hallanır.

Metbuat.az xəbər verir ki, Mourinyonun adı 4 məşqçinin olduğu Braziliya millisinə namizədlər arasında yer alır. Məlumata görə, məşqçi Dorival Juniorla yollarını ayıran Braziliya Futbol Federasiyası yeni baş məşqçi axtarışında Joze Mourinyonu da siyahıya daxil edib. Buna qədər isə namizədlər siyahısında 3 məşqçinin adının olduğu barədə xəbərlər dərc edilmişdi.

Qeyd edək ki, namizədlər arasında “Real Madrid”i çalışdıran Karlo Ançelotti, “Əl Hilal”a rəhbərlik edən Xorxe Xesus və “Palmeyras”ı çalışdıran Abel Ferreyra da var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı